Gəncədə yeniyetmə qız yaşadığı evdə dəm qazından zəhərlənib.
Hadisə şəhərin Yaşar və Həsrət Əliyev qardaşları küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Dəm qazından zəhərlənən yeniyetmə T. Kərimzadə yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb./report


