Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayonun Ələt qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Bayramov Rövşən Namid oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Xəstəxanaya çatdırılan gənc həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


