Bu gün təsis yığıncağı keçirmək üçün Masallı və Lənkəran şəhərlərinə səfər edən Azərbaycan Xalq Hərəkatının İdarə Heyyətinin üzvləri - İsgəndər Həmidov, Nemət Pənahlı, Ağasif Şakiroğlu, Mətləb Mütəllimov, Rəşid Nazim və digər müxalifət nümayəndələri cənub bölgəsində etirazla qarşılanıblar.
Demokrat.az xəbər verir ki, Lənkəran şəhərlərinin girişində İsgəndər Həmidov və Ağasif Şakiroğlunun əyləşdiyi avtomobil yumurta atəşinə tutulub.
Onların Lənkərana girişi əngəllənib.
Azərbaycan Xalq Hərəkatının İdarə Heyyətinin üzvləri yaşanan insidentə görə polisləri günahlandırır.


