Sosial

“COVID-19” pasportu və immunitet sertifikatı müddətli olacaq

“COVID-19” pasportu və immunitet sertifikatı müddətli olacaq

“Azərbaycanda "COVID-19" pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur”.

Demokrat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra "COVID-19" pasportlarının müddəti 6 ay müəyyən ediləcək: "İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".

Demokrat.az

D
demokrat.az