Region

Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi başladı

Tbilisidə Saakaşviliyə azadlıq mitinqi başladı

Müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi keçirir.

Demokrat.azyerli KİV-ə istinadla xəbər verir ki, həbsdə olan Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə Tbilisinin Respublika Meydanından azadlıq tələbi ilə yürüşə başlayan minlərlə etirazçı hazırda Rustaveli Prospektini bağlayiblar.

Mitinqə ana müxalifətin Qərbi Gürcüstanın müxtəlif bölgələrindən (Quriya, Acarıstan, Sameqrelo) mikroavtobuslarla Tbilisiyə gəliblər. Hazırda sözügedən partiyanın liderləridə mitinqdə iştirak edir.

Etirazçılar "Mişa, Mişa" və "Saakaşviliyə azadlıq" şüarları səsləndirir.

Hazırda parlament binasının qarşısında davam edən mitinqdə çıxış edən "Vahid Milli Hərəkat"ın liderləri hökumətdən M.Saakaşvilinin sərbəst buraxılmasını tələb edirlər.

D
demokrat.az