Kriminal

Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, Xızı rayon sakiniZamin Abdullayevin idarə etdiyi VAZ-2107markalı avtomobil Şabran rayonuərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindənsaxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də avtomobildə olan sərnişinlərElxan Abbasov vəCeyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

D
demokrat.az