Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb.
Məlumatda deyilir:
"Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik".
Demokrat.az


