Sosial

Deputat Aytən Mustafazadənin sərvəti — SİYAHI

Deputat Aytən Mustafazadənin sərvəti — SİYAHI

Milli Məclisin üzvü, millət vəkili Aytən Mustafayevanın çoxsaylı əmlaklarının siyahısı sosial şəbəkədə yayılıb. Oliqarx həyatı yaşayan miullət vəkilinin hələ bir neçə il öncə ABŞ-ın Las-Veqas şəhərində kazinolardan birində çəkilmiş fotoları yayılmışdı. Həmin zaman Aytən Mustafayevə bu şəkillərin onun kazinoda əylənərkən çəkildiyini təsdiq etmişdi.

Millət vəkilinin "topdağıtmaz" əmlaklarının siyahısını təqdim edirik.

BEATRICE-da növbəti endirimlər

1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) - 30 mağaza 2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil 3. H.Cavid propektində mənzil 4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var) 5. "One o One” ticarət kompaniyası 6. "Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir) 7. "Newadvice”- PRO şirkəti 8. "Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay - Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub. 9. Tualet kağızları biznesi 10. Kartric doldurma biznesi 11. "Qart" avtomobil mərkəzi 12. İdeal Concept Groupun baş ofisi Dubayda "Grosvenor Business Tower"də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir. 13. İtaliyanın məşhur "Sezak" şirkətinin partnyorudur. 14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi 15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan "Sezak" şirniyyat evi 16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır 17. Dubayda sahilə yaxın yerdə villa 18. Türkiyədə mənzil 19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi 20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir... və s.

(sfera.az)

D
demokrat.az