Pakistanın Kəraçi şəhərində təbii qaz boru kəmərində baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 12 nəfər ölüb, 12 nəfər yaralanıb.
Partlayış nəticəsində çoxlu sayda ev, iş yeri və avtomobilə ziyan dəyib.
Təhlükəsizlik qüvvələri partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalını nəzərdən keçirir.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.


