Hadisə

Yeznə və qayın bir-birini bıçaqladı

Yeznə və qayın bir-birini bıçaqladı

Bakının Xəzər rayonunda ailədaxili münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Albalılıq yaşayış massivində qeydə alınıb.

1986-ci il təvəllüdlü Babayev Rafət Firuddin oğlu yeznəsi, 1989-cu il təvəllüdlü Mirzəyev Ağacan Zeynal oğlu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. A.Mirzəyev qaynına 4 bıçaq zərbəsi vurub. Eyni zamanda R.Babayev də yeznəsinə iki bıçaq zərbəsi endirib./apa

D
demokrat.az