Gündəm

Yeniyetmə dəm qazından zəhərləndi

Yeniyetmə dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə hadisəsi olub.

Hadisə Veyisli kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü A.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb. A.İsmayılovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalara başlanılıb./report

D
demokrat.az