Gündəm

Deputat: “İlham Əliyevin Brüssel səfəri böyük siyasi əhəmiyyətə malikdir”

Deputat: “İlham Əliyevin Brüssel səfəri böyük siyasi əhəmiyyətə malikdir”

“İlham Əliyevin Brüssel səfəri böyük siyasi əhəmiyyətə malikdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, görüşün mətbuat konfransında dövlət başçısı Azərbaycanın regionda sülhün bərqərar olmasında çox maraqlı olduğunu diqqətə çatdırdı:

Deputat: “İlham Əliyevin Brüssel səfəri böyük siyasi əhəmiyyətə malikdir”

“Cənab Prezident, görüşdə yenidən Ermənistanla qonşuluq siyasətinin qurulmasının təşviq edilməsinə hazır olduğunu bildirdi. Möhtərəm prezident regionda dayanıqlı sülhün bərqərar olmasında ikitərəfli siyasi iradənin vacibliyini vurğuladı, həmçinin Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bildirdi. O, rəsmi Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı vaxtaşırı səsləndirdikləri ziddiyyətli fikirlərinə işarə edərək, birmənalı olaraq, bu dəhlizdən istifadə rejiminin də Laçın dəhlizi ilə eyni olmasını bildirdi. Bildiyimiz kimi Rusiya, Azərbaycan və Ermənistanın bu ilin yanvarında imzaladıqları üçtərəfli bəyanatda da açıq və konkret şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışının təmin edilməsi vurğulanır. Bu mənada rəsmi Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin edilməsində öhdəliyini unutmamalıdır. Möhtərəm Prezidentimiz Zəngəzur dəhlizi ilə bağlı çıxışı Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Xüsusi qeyd etmək lazımdır ki, bu görüş bir daha NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması kimi dəyərləndirilə bilə. Həmçinin, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini Alyansın dolayısı dəstəyi kimi qəbul etmək olar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az