Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Taksi Xidməti" MMC-də struktur dəyişikliklər aparılıb.
Demokrat.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə MMC-nin baş direktoru əvəzi Samir Kərimov təyin olunub. MMC "189 TAXI” şirkəti ilə birgə işini quracaq.
14.07.2021-ci il tarixində "Yüksəliş” müsabiqəsinin qalibi olan 1991-ci il təvəllüdlü Samir Kərimov "189 TAXI” şirkətinin icraçı direktorudur.
Qeyd edək ki, "Bakı Taksi Xidməti" MMC-nin bundan əvvəl baş direktoru Fuad Əliyev idi.(qaynarinfo.az)


