Hadisə

Şəkidə avtomobil divara çırpıldı, xəsarət alanlar var

Şəkidə avtomobil divara çırpıldı, xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qumux kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Fakt araşdırılır./report

D
demokrat.az