Gündəm

Deputat: “Yeni qanunda əsas məqsəd mediada çalışanların maddi durumunu yaxşılaşdırmaqdır”

Deputat: “Yeni qanunda əsas məqsəd mediada çalışanların maddi durumunu yaxşılaşdırmaqdır”

““Media haqqında” qanunun qəbul olunmasında əsas məqsəd ölkəmizdə bu sahənin inkişafına kömək olmaqdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat vurğulayıb ki, əvvəllər də ölkəmizdə belə bir qanun olub:

Deputat: “Yeni qanunda əsas məqsəd mediada çalışanların maddi durumunu yaxşılaşdırmaqdır”

“Lakin yeni dövr yeni, müasir çağırışlar tələb edir. Düzdür, media ilə bağlı müxtəlif dövrlərdə qanunlara dəyişiliklər edilib. Ancaq bu, tam bir yeni layihədir. Təbii ki, əsas məqsəd ölkəmizdə medianın inkişafını, bu sahədə çalışan insanların peşəkarlığının yüksəldilməsinə nail olmaqdır. Həmçinin, media sahəsində çalışan insanların maddi durumunun, sosial-rifah halının yaxşılaşmasına nail olmaqdır. Ən başlıcası isə media nümayəndələrinin müdafiəsini daha yüksək səviyyədə təmin etməkdir. Çünki əvvəllər media sahəsinə aidiyyatı olmayan insanlar soxulmuş və çox peşəkar, yüksək səviyyəli, ləyaqətli, peşəsinin ustası olan təmiz insanların imicinə xələl gətirmişlər. Bu qanunda olan müddəalar əsasında həmin qanunsuz qruplaşmaların qarşısını alınacaq və müvafiq tədbirlər görüləcək . Yəni, bir sıra məsələlərlə bağlı yeni qanunda müddəalar çoxdur. Ancaq qanunun qəbul olunmasında əsas məqsəd ölkəmizdə bu sahənin inkişafına kömək etmək və mediada çalışanların müdafiəsinin, təminatlarının yaxşılaşmasına yardım etməkdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az