Hadisə

Venesuelada toqquşmalar başladı — Milli Qvardiya qüvvələrini Kolumbiya sərhədinə çəkir

Venesuelada toqquşmalar başladı — Milli Qvardiya qüvvələrini Kolumbiya sərhədinə çəkir

Venesuela müxalifətinin nümayəndələri Kolumbiya ilə sərhəddəki Simon Bolivar körpüsündə Milli Qvardiyanın canlı səddini "Molotov kokteyli" atəşinə tutublar.

Demokrat.az xəbər verir ki, yandırıcı qarışıqla doldurulmuş butılkalardan başqa, güc sirukturu nümayəndələri daş atəsinə də məruz qalıblar.

Cavabında qvardiyaçılar gözyaşardıcı qazdan istifadə ediblər və Venesuela ərazisinə axın ehtimalı səbəbilə, hər ehtimala qarşı, «suatan»ları hazır vəziyyətə gətiriblər.

Bundan başqa, Milli Qvardiya əlavə qüvvələrini toqquşma yerinə çəkməyə başlayıb.(AzPolitika.info)

D
demokrat.az