Hadisə

Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı, üzr istədi

Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı, üzr istədi

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzxahlıq edib".

Demokrat.az

D
demokrat.az