Hadisə

Rusiyalı deputatlar Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak edirlər

Rusiyalı deputatlar Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak edirlər

Rusiya Federasiyası Dövlət Dumasının deputatlarından ibarət böyük bir qrup fevralın 26-da Bakıda Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş ümumxalq yürüşündə iştirak edib.

Demokrat.az xəbər verir ki, yürüş iştirakçıları arasında Dövlət Dumasının beynəlxlaq məsələlər komitəsinin sədr müavini İrina Rodnina, Dövlət Dumasının iqtisadi siyasət komitəsinin üzvü Aleksey Juravlev, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsinin sədr müavini Mixail Yemelyanov, ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Oksana Puşkina, sağlamlığın qorunması komitəsinin üzvü Tatyana Tsıbizova, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Dmitri Savalyev və deputat Denis Parfenov var idi.

Bundan başqa, yürüşdə region üzrə Rusiya ekspertləri - İqor Korotçenko, Aleksandr Şatilov, Aleksandr Rusnak, Sergey Markov, Darya Qrevtsova, Aleksey Bıçkov və digərləri iştirak ediblər.

Dünən Dövlət Dumasının deputatları və Rusiyalı ekspertlər AzTV-yə müsahibə veriblər, Xocalı faciəsi mövzusuna toxunublar.

Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelinin Turan-ın müxbirinə verdiyi məlumata görə, RF nümayəndə heyəti ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı, ortaq bu günün inkişafı mövzusuna Rusiya-Azərbaycan konfransında iştirak edib.

Zabelinin sözlərinə görə, konfrans Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində keçirilib, konfransda bu hadisələr, ümumilikdə Qarabağ münaqişəsi, işğal edilmiş ərazilərin azad edilməsi zərurəti də müzakirə olunub.

D
demokrat.az