Gündəm

Azərbaycanda vaksinə xərclənən vəsait 500 milyona çatır

Azərbaycanda vaksinə xərclənən vəsait 500 milyona çatır

İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib. Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib. Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.

Demokrat.az

D
demokrat.az