Sosial

Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? — VİDEO

Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? — VİDEO

Ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb. Bu, ölkəmizdə satılan Türkiyə məhsullarının qiymətinə necə təsir edib? Alcılar və satıcılarla bu suallara cavab tapmağa çalışmışıq.

Ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb .

Lakin türk lirəsinin ucuzlaşması ölkəmizdə satılan türk məhsullarının qiymətinə təsir etməyib.

Satıcılar bunun səbəbini müxtəlif cür izah edirlər.

İqtisadçı- ekspert Rəşad Həsənov deyir ki, Türkiyədə milli valyutanın ucuzlaşması oradan idxal olunan məhsulların qiymətinə təsir edir. Ancaq alqı-satqı üçüncü bir ölkənin valyutası ilə aparılarsa, bunun əksi müşahidə ediləcək.

Bəzi ölkələr bilərəkdən öz milli valyutalarını ucuzlaşdıraraq , onların istehsal etdiyi məhsulların xarici bazarlarda daha rəqabətli, daha optimal qiymətə təklif olunması üçün şərait yaradırlar deyə Rəşad Həsənov əlavə edib.

Demokrat.az

D
demokrat.az