Hadisə

Tovuzda yol qəzasında 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Tovuzda yol qəzasında 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun girişində “Qala” adlan yerdə qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Fərxri Əfəndiyev dünyasını dəyişib. Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. /apa

D
demokrat.az