Sosial

Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb

Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə dövlət informasiya Agentliyi məlumat yayıb. Bu, həftə ərzində prezidentlə M.Cabbarovun ikinci görüşüdür. Bundan əvvəlki görüş noybarın 18-də baş tutub.

Tərəflər bu dəfə də nəqliyyat və enerji sahəsinə əməkdaşlığı müzakirə ediblər.

M.Cabbarov deyib ki, iki ölkə liderinin şəxsi münasibətləri dövlətlərarası əlaqələrin möhkəmlənməsi üçün gələcək proqnozlar qurmağa imkan verir.

Türkmənistan prezidenti bildirib ki, hər iki dövlət dünya bazarında enerji resurslarının paritet əsasında diversifikasiyanın tərəfdarıdır.

Berdımuhammadov birgə enerji layihələrinin reallaşdrılmasına hazır olduğunu bildirib.

Demokrat.az

D
demokrat.az