Hadisə

Göyçayda üç maşın toqquşdu — Ölən var

Göyçayda üç maşın toqquşdu — Ölən var

Göyçay rayonunun Xəlitli kəndində "Mercedes" və iki ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

D
demokrat.az