Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turunda sürpriz nəticə qeydə alınıb.
Demokrat.azxəbər verir ki, günün son matçında “Neftçi” “Sabah”ı qəbul edib. Hesabı meydan sahibləri açıblar. Amma son oyunlarda uğurlu çıxış edən “Sabah” bu oyunda əzmkar qələbəyə sevinib.
Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası 11-ci tur 20 noyabr
“Neftçi” – “Sabah” 1:2 Qollar:R.Maçado, 33 – C.L.Mikels, 53; 69. Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev. Bakı. “Bakcell Arena”, 18:15.


