Gündəm

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır”— Zaxarova

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır”— Zaxarova

“Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.

D
demokrat.az