İdman

Taekvondoçularımız Avropa çempionu oldu — FOTO

Taekvondoçularımız Avropa çempionu oldu — FOTO

Azərbaycan taekvondoçuları bu gün Gənclər arasında Avropa birinciliyində iki qızıl medal qazanıb.

Demokrat.az-ın xəbərinə görə, Bosniya və Herseqovinada keçirilən qitə birinciliyində Səyyad Dadaşov (-51 kq), Zemfira Həsənzadə (-42 kq) Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə 45 kq çəki dərəcəsində mübarizə aparan Pünhan Mürsəlov bürünc medalla kifayətlənib.

Avropa birinciliyinə 15 noyabrda yekun vurulacaq.

Zamiq Demokrat.az

D
demokrat.az