Ermənistanın müdafiə naziri Arşak Karapetyan Gorus-Qafan yolunda qalıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yolun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ inşa olunan ərazidə tıxaca düşüb. Arşak Karapetyan təxminən yarım saat yolun açılmasını gözləyib. Hadisənin Qafanın Yuxarı Xotanan kəndi yaxınlığında baş verdiyi bildirilir.
Ermənistanın müdafiə naziri Gorus-Qafan yolunda insidentlə üzləşdi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


