Hadisə

Azərbaycanda polislər qəzaya düşdü — Ölən var

Azərbaycanda polislər qəzaya düşdü — Ölən var

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.

Demokrat.az xəbər verir ki, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"a faktı təsdiqləyib.

Demokrat.az

D
demokrat.az