Region

Paşinyanın mətbuat katibi istefa verdi: "Hər kəsdən üzr istəyirəm"

Paşinyanın mətbuat katibi istefa verdi: Hər kəsdən üzr istəyirəm

Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan tutduğu vəzifədən azad olunub.

Demokrat.az xəbər verir ki, bu barədə, mətbuat katibinin özü sosial şəbəkələr vasitəsilə məlumat verib.

O bildirib ki, bu vəzifədə ümidləri doğrultmadığı üçün istefa ərizəsi ilə müraciət edib. M. Gevorkyan buna görə hər kəsdən üzr istəyib.

Xatırladaq ki, M. Gevorkyan hökumət başçısının mətbuat katibi vəzifəsinə 2020-ci il martın 2-də təyin olunmuşdu.(yeniavaz.com)

D
demokrat.az