İdman

“Qarabağ” pley-off-a bir qədər də yaxınlaşdı

“Qarabağ” pley-off-a bir qədər də yaxınlaşdı

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində 4-cü oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, komandamız Qazaxıstanda "Kayrat"ı məğlub etməyi bacarıb. Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan "köhlən atlar", eyni uğuru səfərdə təkrarlayıb.

Qurban Qurbanovun yetirmələri qələbə sayəsində pley-offa çıxmaq üçün böyük şans qazanıb. Belə ki, təmsilçimiz 10 xalla qrup lideri olub.

4 noyabr

Konfrans Liqası H qrupu, 4-cü tur

“Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) - 1:2 Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2) Baş hakim: Dumitri Muntean (Moldova) Almatı. Mərkəzi Arena

Zamiq Demokrat.az

D
demokrat.az