Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Abdulova Fərqanə Dostəli qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
F.Abdulovanın yaxınları təcili tibbi yardıma müraciət ediblər, xəstəyə zəruri yardım göstərilib.
Fakt araşdırılır.(report.az)


