Hadisə

Məktəb direktoru şagirdi döydü — FOTOLAR

Məktəb direktoru şagirdi döydü — FOTOLAR

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdi döyərək, ona xəsarət yetirməsi barədə məlumatlar yayılıb.

Məlumata görə, direktor məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.

Xəbəri şagirdin anası Könül Mirzəağayava təsdiqləyib və hadisənin övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etmədiyini qeyd edib.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən Demokrat.az-a verilən məlumatda hadisə təsdiqlənib. Qurum məsələ ilə bağlı araşdırma aparıldığı, şagirdin və hadisə zamanı orda olan şəxslərin dinlənildiyini bildirib.

"Araşdırma başa çatdıqdan sonra məsələ ilə bağlı məlumat veriləcək".

Aygül Qarayeva Demokrat.az

X X X

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.

Məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.

Xəbəri şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.

O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:

“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrayıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.

Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.(bakupost.az)

Demokrat.az

D
demokrat.az