Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə43 113vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı12 024nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə4 402 450təşkil edir.
Demokrat.az


