Bakı-Qazax magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini, 1978-ci il təvəllüdlü Cabbarova Aynurə Muradil qızı “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.
Hadisə zamanı sürücü Aynurə Cabbarova, övladı 2008-ci il təvəllüdlü Cabbarov Mirhüseyn Mirzə oğlu və Gəncə sakini, 2002-ci il təvəllüdlü Aysun Darqayi Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


