Sosial

Döyülən qadına görə DİN açıqlama verdi

Döyülən qadına görə DİN açıqlama verdi

Vəkil Rövşanə Rəhimli İsmayıllıda bir qadının uzun müddətdir qaynı tərəfindən doyüldüyü və ölümlə hədələndiyi ilə bağlı məlumat paylaşıb. O qeyd edib ki, məsələ ilə bağlı Polis Şöbəsinə müraciət olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq deyib ki, bu gün 15:40 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M. qohumu İ.Mahmudov tərəfindən döyüldüyünü bildirib:

“Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.

Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M.-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunub . Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

D
demokrat.az