İdman

Konfrans Liqası: "Qarabağ" əzmkar qələbə qazandı

Konfrans Liqası: Qarabağ əzmkar qələbə qazandı

“Qarabağ” UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.

Demokrat.azxəbər verir ki, təmsilçimiz III tur çərçivəsində Bakıda Qazaxıstanın "Kayrat"ı qəbul edib. "Qarabağ" bu oyunda da məğlubiyyətsiz seriyanı davam etdirib. Belə ki, komanda geriyə düşdüyü hesabda əzmkar qələbəyə sevinib.

Bu qalibiyyətdən sonra "köhlən atlar" 7 xalla yenidən qrup lideri olub.

21 oktyabr

UEFA Konfrans Liqası H qrupu, III tur

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1 Qol: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1) Baş hakim: Yevgeni Aranovski (Ukrayna) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, “Qarabağ” növbəti turda “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Zamiq Demokrat.az

D
demokrat.az