Şou-biznes

Aygün Kazımova: "14 fevralı qəbul etmirəm"

Aygün Kazımova: 14 fevralı qəbul etmirəm

Xalq artisti Aygün Kazımova gəzib dolaşan bəzi söz-söhbətlərə aydınlıq gətirib, klub konsertinə hazırlıqlarından danışıb, maraqlı açıqlamalar verib.

Müğənninin Oxu.Az-a verdiyi müsahibənin bir sıra məqamlarını təqdim edirik:

- Aygün xanım, “Sevgililər günü”ndə kimdən hədiyyə gözləyirsiniz?

- Şəxsən mən 14 fevralı “Sevgililər günü” kimi qəbul etmirəm. Etməyəcəyəm də. Bu haqda mən illər öncə də müsahibələrimdə söyləmişəm. Mənim üçün “Sevgililər günü” İlhamla Fərizənin toy günü, yəni iyulun 30-dur.

- Ötən ayın 26-da təmtəraqlı ad günü məclisinizi niyə mediadan qapalı şəkildə keçirmisiniz?

- Bunun özəl səbəbləri var. Gələn il hamısının acığını çıxacağam. Bu heç də elə-belə deyil.

- Gənc müğənni və duet ortağınız Rəsul Əfəndiyevlə sevgilisiniz?

- Biz sadəcə ad günümdə “Dola mənə qolunu” mahnısını duet şəklində ifa etdik. Bu da söz-söhbətləri daha da artırdı. Əhvalımız çox gözəldir. Duetimiz özəl olaraq yerli radiolarda, daha sonra Türkiyənin “Kral” radiosunda səsləndirildi. Belə gözəl yaradıcı xəbərlərimiz var.

- Baharın ilk günü martın 1-də keçiriləcək konsertinizə necə hazırlaşırsınız?

- Bu dəfə başqa formatda konsert edəcəyəm. Yeni mahnılarımla yanaşı tamaşaçılar üçün “DUY” albomumda yer alan mahnıları oxuyacağam. Albomum klub formatında olduğundan konsertim də klub variantında olacaq.

- Yeni klipləriniz nə zaman işıq üzü görəcək?

- “DUY” klipim yaxın ərəfələrdə Türkiyənin “NET muzik”ə yüklənəcək və orada yayımlanacaq. Bu həm DJ David Vendettanın, həm də komandamım qərarıdır. Amma mən bununla kifayətlənməyəcəyəm. “Toy boy” mahnısını da ekranlaşdıracağam.

D
demokrat.az