Hadisə

"Hazırda fəaliyyətimiz media sahəsində deyil" — Vüsalə Mahirqızından "APA Holdinq"-in açılması xəbərinə REAKSİYA (YENİLƏNİB)

Hazırda fəaliyyətimiz media sahəsində deyil — Vüsalə Mahirqızından APA Holdinq-in açılması xəbərinə REAKSİYA (YENİLƏNİB)

"APA Holdinq"-in keçmiş rəhbəri Vüsalə Mahirqızı şirkətin fəaliyyətini bərpa edəcəyi barədə xəbərə münasibət bildirib.

V.Mahirqızı Demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.

O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:

"Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir".

***

Bu il martın 1-dək "APA Holdinq" fəaliyyətini bərpa edəcək.

Bu barədə Demokrat.az-a "APA Holdinq"-in keçmiş əməkdaşlarından məlumat daxil olub.

Məlumata görə, şirkətə rəhbərliyi yenə Vüsalə Mahirqızı edəcək. Artıq "APA Holdinq"-in keçmiş əməkdaşlarının əksəriyyətinə işə qayıtmaları barədə təklif də göndərilib.

"APA Holdinq"-in yeni adla fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, 2018-ci il avqustun 1-də "APA Holding" fəaliyyətini dayandırıb.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az