Hadisə

Bakıda 55 yaşlı kişinin meyiti tapıldı

Bakıda 55 yaşlı kişinin meyiti tapıldı

Bakıda sanitar qovşağından (tualetdən) kişi meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən avtomobillərin təmir sexindəki sanitar qovşağında qeydə alınıb.

Meyiti tapılan şəxs 1966-cı il təvəllüdlü Əbülfəz Zamanovdur. Meyitin üzərində heç bir zorakılıq əlamətləri yoxdur.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az