İdman

Mahir Emreli "Legiya"nın lideridir

Mahir Emreli Legiyanın lideridir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu cari mövsüm 20 rəsmi oyuna çıxıb.

Demokrat.az xəbər verir ki, bunlardan 10-u avrokuboklara, 8-i Premyer Liqaya, 1-i ölkə kubokuna, digəri isə superkubokuna təsadüf edib.

Varşava təmsilçisi bu görüşlərdə 28 qol vurub ki, bunlardan 10-na Emreli imza atıb. 1 məhsuldar ötürmə ilə də yadda qalan 24 yaşlı hücumçu 11 qolda iştirak edib və bu göstəricidə komandasının lideridir.

"Legiya"da Tomaş Pekqart, Rafael Lopes və Ernest Muçi hərəyə 3 dəfə fərqlənə biliblər. 3 məhsuldar ötürmə verən Lopes 6 qolun vurulmasında iştirakçı olub.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.(report.az)

D
demokrat.az