Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
COVID-19-a yoluxmaya görə paytaxtın Binəqədi rayonu 14,6 faizlə ilk yerdədir.
Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 13,6 faizi Xətai, 11,8faiz Yasamal və Sabunçu rayonlarının payına düşür. Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,4 faizi Suraxanı rayonunda, 7,8faizi Nərimanov rayonunda, 7,6 faizi Nəsimi rayonunda,7,5faizi Xəzər rayonunda, 7,2faizi Nizami rayonunda, 4,9faizi Səbail rayonunda, 4,4faizi Qaradağ rayonunda yaşayanlardır.
Həmişə olduğu kimi, bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,5faiz təşkil edib.


