Mədəniyyət

Xalq artisti reanimasiyaya yerləşdirilib

Xalq artisti reanimasiyaya yerləşdirilib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.

Xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, ürəyində problem yaranan V.Şərifovun vəziyyəti ağır olaraq qalır./apa

D
demokrat.az