İdman

DÇ: Şahmat millimiz 1/4 finala çıxdı

DÇ: Şahmat millimiz 1/4 finala çıxdı

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

​Demokrat.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan komanda A qrupundakı sonuncu - 5-ci görüşündə İspaniya ilə qarşılaşıb və 3,5:0,5 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutub və 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

29 sentyabr

Azərbaycan - İspaniya - 3,5:0,5

Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5

Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0

Ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0

Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0

Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2. Demokrat.az

D
demokrat.az