Sosial

Dillər Universitetində də vaksin tələbi SIXLIQ YARATDI

Dillər Universitetində də vaksin tələbi SIXLIQ YARATDI

Bu gündən Azərbaycanda orta və ali məktəblərdə əyani tədris tam bərpa olunub. Nazirlər Kabineti yanında Operativ Qəraragahın yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasport tələbi əksər universitetlərin qarşısında izdiham yaradıb.

Modern.az-ın məlumatına görə, analoji hal Azərbaycan Dillər Universitetində də yaşanıb. Uzun növbə, böyük sıxlıq tələbələrin dərsə yubanmasına gətirib çıxardıb.

Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir.

D
demokrat.az