Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub.
İlk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.
“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub. 32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.


