Sosial

"Yeni klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Yeni klinika: Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan "Report"a məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.

"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Demokrat.az

D
demokrat.az