Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Yenisabah.azErmənistan mətbuatına istinadən xəbər verir ki,hərbi qulluqçunun meyitinin qalıqları Suqovuşan ərazisində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 669-a çatıb.


