"Az əvvəl yazıdığım statusa görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA məni məhkəmə ilə hədələdi".
Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
"İnsan sözünün arxasında durmalıdır. Mən hazır, ona görə ki, AFFA məsullarından fərqli olaraq hər yazdığımı anlayıram və məsuliyyətini dərk edirəm. İzləyicilərim üçün statusda qaldırdığım konkret problemə də AFFA münasibət bildirsə, çox maraqlı olardı. Nə üçün fəhlələrin 5 min 800 manat pulu iki ildən artıqdır ki, ödənilmir?!", deyə tanınmış hüquqşünas qeyd edib.
Aslan İsmayılov sonda bunları vurğulayıb: "Bütün izləyicilərdən AFFA-nın bəyanatına daxil olub bildikləri korrupsiya, qanun pozuntusu faktlarını şərhlərdə qeyd etmələrini xahiş edirəm".
Demokrat.az


