Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, həmin şəxslər Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxıblar.
Bu barədə xidmətə məlumat 18 sentyabr saat 21:00 radələrində daxil olub.
Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər aparır.


