Nazirlər Kabineti“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.
“Analitik Ekspertiza Mərkəzi”publik hüquqi şəxsifarmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.
Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri“Analitik Ekspertiza Mərkəzi”publik hüquqi şəxsiilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib.
Dəyişikliyə əsasən, artıqekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq
Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.


